Rusiyada təbii qaz istehsalı 2021-ci ilin ilk beş ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,2% artaraq 286 mlrd. kubmetrədək çatıb.
FED.az xəbər verir ki, Rusiya Statistika Xidmətinin ("Rosstat") məlumatına görə, may ayında qaz hasilatı illik ifadədə 23,5% artıb.
Məlumata görə, bu ilin yanvar-may aylarında ölkədə mayeləşdirilmiş təbii qaz (LNG) istehsalının həcmi 13,1 mln. ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 2,6% azdır. (Apa)