Ukraynanın “Naftoqaz” dövlət neft-qaz şirkətinin biznesin inkişafı üzrə direktoru Yuriy Vitrenko Ukrayna – Rusiya – Avropa İttifaqı formatında ötən gün Brüsseldə keçirilən qaz danışıqlarını şərh edib.
FED.az xəbər verir ki, "Facebook”da paylaşılan şərhdə “Naftoqaz” rəsmisi Rusiya tərəfinin Stokholm Arbitraj Məhkəməsinin qərarını yerinə yetirməməkdə israr etməsi üzündən görüşün səmərəsiz keçdiyini deyib.
Eləcə də bax: Ukraynalılar Estoniyaya - VİZASIZ GEDƏCƏKLƏR
O, bununla belə tərəflərin “Ukraynada Avropa qaydalarını yeni tranzit müqaviləyə uyğun şəkildə tətbiq etməyə” hazır olduğunu müsbət dəyərləndirərək, danışıqların uzandığına görə yanvarın 1-dən tranzitin dayandırma ehtimalına hazır olmaq zərurətini bildirib.
Qeyd edək ki, 2018-ci ilin fevral ayında Stokholm Arbitraj Məhkəməsi “Naftoqaz”ın Rusiyanın “Qazprom” dövlət qaz şirkətinə qarşı iddiasını təmin edərək sonuncunun ildə 110 milyard qaz tranzitinə dair öhdəliklərini pozduğu və buna görə 4,63 milyard dollar təzminat ödəməsi barədə qərar çıxarmışdı. Belə ki, 2017-ci ildə “Qazprom” Ukrayna ərazisindən 95 milyard kubmetr qaz nəql edib.
Report