Rusiya qazının Ukrayna ərazisi ilə Avropaya tranziti maksimuma yaxın səviyyədə olaraq qalır.
FED.az xəbər verir ki, bunu Ukraynanın qaz ötürmə sistemlərinin operatorlarının məlumatları göstərir.
Eləcə də bax: Polşa Rusiyadan qaz almaqdan - İMTİNA EDİB
Xəbərə görə, alıcıların müraciətlərinə əsasən, martın 22-nə Ukrayna ərazisi ilə Rusiyadan nəql üçün nəzərdə tutulan qazın həcmi 107,5 mln. kubmetr təşkil edir.
Qeyd olunur ki, "Qazprom"un 2022-ci il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 mlrd. kubmetr və ya gündə təxminən 109,6 mln. kubmetr təşkil edir. (Apa)