İyulda Urals markalı neftin orta qiyməti iyun ayı ilə müqayisədə 10,1% azalaraq 78,41 dollar/barel təşkil edib.
Eləcə də bax: Qərb qiymətlərin daha da artmaması üçün - RUSİYA NEFTİNƏ "TOXUNMUR"
FED.az xəbər verir ki, 2022-ci ilin yanvar-iyul aylarında Rusiya neftinin orta qiyməti 83,27 dollar/barel olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 28% təşkil edib.
Qeyd edək ki, Brent markalı neftin 1 barelinin orta qiyməti 2022-ci ilin 1-ci yarımilliyində 105.4 ABŞ dolları səviyyəsində olub.
Rusiya neftini Çin və Hindistana endirimli qiymətlər ilə satır.