Treyderlərin məlumatına görə, 2023-cü ilin yanvarında Hindistan və Çin Rusiya neftinin ən böyük idxalçıları olub.
“Equinor” şirkəti: "Neft və qaza tələbat onilliklər ərzində də azalmayacaq"
FED.az xəbər verir ki, 2022-ci ilin dekabrında ən azı dörd supertanker Çinə, bu ilin yanvarında isə bir supertanker Hindistana Rusiya nefti daşıyıb. Treyderlər qeyd ediblər ki, bu, neftin Asiyaya daşınması xərclərini azaltmağa imkan verir.
Rusiyanın Baltik dənizi limanlarından Asiya ölkələrinə neft ixracı 2022-ci ilin dekabr ayının eyni dövrü ilə müqayisədə yanvarın 1-dən 15-dək 27% artaraq 2,8 milyon tona çatıb.
Bununla yanaşı, ilin ilk 15 günü ərzində Primorsk və Ust-Luqa limanlarından Rusiya və Qazaxıstan neftinin ixracı 3,4 milyon ton təşkil edib ki, bu da dekabrın birinci yarısı ilə müqayisədə 35% çoxdur.
Qeyd edək ki, Rusiya Avropa İttifaqının neft embarqosunun qüvvəyə minməsindən və dəniz tədarükü üçün qiymət tavanının tətbiqindən sonra Asiya-Sakit Okean regionuna neft tədarükünü yönləndirib. (Report)