Amerika birləşmiş Ştatları Ukrayna müharibəsini dayandırmayan Rusiyaya qarşı ciddi sanksiyalara başlayıb.
FED.az xəbər verir ki, bu dəfə ABŞ Rusiyanın iri neft şirkətlərini – «Rosneft» və «Lukoyl»u hədəfə alıb. Sözü gedən şirkətlər ABŞ maliyyə nazirliyinin sanksiya siyahısına - SDN List-ə daxil edilib.
Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsi bu neft şirkətlərini oktyabrın 22-də sanksiya siyahısına əlavə edib.
Beləliklə, Rusiya neft şirkətlərinin bütün aktivləri, hansı ki, ABŞ yuridiksiyası altında yerləşir və ya ABŞ maliyyə sistemindən keçirlər – dondurulacaq. ABŞ-ın bu şirkətlərə sanksiya tətbiq etməsi o deməkdir ki, ABŞ-ın heç bir hüquqi və fiziki şəxsi bu şirkətlərlə işləyə bilməz, bunun üçün xüsusi icazə almaq lazım olacaq.
Ekspertlər bildirir ki, yeni sanksiyalar Rusiya neftinin dünya bazarına yolunu bağlayacaq. Əslində Rusiya neftinin dünya bazarına axını son dövrlər azalmaqdadır. 2024-cü ildə Rusiya xaricə 240 milyon ton neft satıb. Bu neftin alıcıları – 42% Çin, 37% Hindistan, 6,8% Türkiyə olub.
20254-ci ilin yanvar-avqust aylarında isə Rusiya xaricə 148 milyon ton neft satmışdı. İndi isə satışlar tamamilə azalacaq- artıq Çin v Hindistan şirkətləri Rusiya şirkətləri ilə neft alışı müqavilələrinə yenidən baxmağa başlayıblar. Onlar çalışır ki, sanksiyadan sonra neftmi bu şirkətlərdən birbaşa almasınlar.
Rusiya prezidenti Vladimir Putin bu qərardan sonra dünya bazarında neftin bahalaşacağını bildirib, doğrudan da neftin qiyməti bir qədər artaraq 62 dollardan 66 dollara yüksəlib. Yeri gəlmişkən, bu ajiotaj hesabına Azərbaycan nefti də bir qədər bahalaşaraq 66 dolları keçib. Amma neft bazarı ABŞ sanksiyalarına bundan artıq reaksiya verməyib.












