Avropa Birliyi ölkələri rusiya neftinin qiyməti ilə bağlı qiymət tavanı müəyyən ediblər.
FED.az xəbər verir ki, bir neçə həftə davam edən müzakirələr dekabrın 2-də razılaşma ilə nəticəənib.
Bundan əvvəl Polşa Rusiya neftinin qiymətinə ümumiyyətlə 30 dollarlıq limit qoyulmasını istəsə də, son nəticə 60 dollar olub.
Beynəlxalq enerji bazarları və energetika üzrə ekspert Vladimir Demidov bildirib ki, bu qadağadan yan keçmək asan olmayacaq. Onun sözlərinə görə, biz ölkələr, məsələn Hindistan, Türkiyə və başqaları Rusiya neftini alıb Avropa ölkələrinə sata bilərlər.
Bundan başqa, analitikin sözlərinə görə, müxtəlif növ neftləri qarışdırmaqla da sanksiyadan yayınmaq olar.
Bununla yanaşı, onun sözlərinə görə, istənilən halda qiymət limitinin qoyulması Rusiya neftinin daha ucuz, hətta 52 dollaradək qiymətə satılması ilə nəticələnəcək.