Bu ilin aprelin 1-dən Rusiya neftinin ixrac rüsumu 2,9 ABŞ dolları məbləğində artırılaraq bir tonu üçün 61,2 dollar təşkil edəcək.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Nazirliyi bildirir.
Məlumata görə, hazırda sözügedən göstərici 58,3 dollar təşkil edir.
Qeyd olunur ki, 15 fevral – 14 mart 2021-ci il tarixləri arasında Rusiyanın ixrac etdiyi "Urals" markalı neftin bir barel üçün orta qiyməti 95,59575 dollardan və ya bir tonu üçün 697,8 dollar olub. (Apa)