Rusiyanın Urals markalı neftinin qiyməti mənfiyə düşüb.
Eləcə də bax: Rusiya nefti - 13 DOLLARA DÜŞDÜ
FED.az xəbər verir ki, bu barədə «Argus» enerji resursu məlumat yayıb. Dünya bazarında neftin kəskin ucuzlaşması nəticəsində martın sonunda Rusiyanın neft bazarında qeyri-adi vəziyyət yaranıb – neftin qiymət yaranması jüsturları mənfiyə düşüb.
Belə ki, Urals neftinin ixrac qiyməti əvvəlcə mənfi 1000,7 rubla, sonra isə mənfi 1200 rubla enib. Başqa sözlə, neftin nəqli xərci və ixrac rüsumlarının məbləği onu öz qiymətindən artıq olub.
Bazar iştirakçıları narahatdır ki, qiymətlərin uzun müddət bu həddə qalması nəticəsində rus neftinin satışı artıq xeyir gətirməəcək.
Xatırladaq ki, neft bazarında qiymət enməsi martın 6-dan başlayıb. Həmin gün qiymətlər 30% enib. Martın 31-də isə Rusiyanın Urals nftinin qiyməti 13 dollara düşmüşdü, bu 1999-cu ildən bəri ən aşağı qiymətdir.