Hindistan may ayında Rusiyadan günlük 1,96 milyon barel xam neft idxal edib. Bu, öncəki ayla müqayisədə 15 faiz artım deməkdir.
SOCAR-ın yeni gəlir və mənfəəti - REKORD VURDU
FED.az xəbər verir ki, Vortexa şirkətinin məlumatına görə, Rusiya nefti Hindistanın ümumi xam neft idxalının 42 faizini təşkil edərək ölkənin Səudiyyə Ərəbistanı, İraq, BƏƏ və ABŞ-dan aldığı neftin ümumi miqdarını üstələyib. Belə ki, Hindistan may ayında İraqdan 830 min barel, BƏƏ-dən 203 min barel və ABŞ-dan 138 min barel neft tədarük edib.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Hindistanın xam neft ixracındakı payı isə 39 faizlə tarixin ən aşağı səviyyəsinə düşüb. Hindistan may ayında idxal etdiyi günlük 4,7 milyon barel neftin yalnız 1,8 milyon barelini OPEC-ə daxil olan ölkələrdən alıb. Bu göstərici aprel ayında 2,1 milyon barel təşkil edirdi.
2022-ci il fevralın 24-də RF-in Ukraynada başlatdığı müharibədən sonra Qərb ölkələri Rusiya xam neftinə və neft məhsullarına embarqo və tavan qiymətləri tətbiq edərək, ölkənin ixrac gəlirlərini hədəfə alıblar. Rusiya isə öz növbəsində, sanksiyalar qarşısında yeni ixrac istiqamətləri axtarmağa və öz neftini endirimli qiymətə satmağa məcbur olub. (Azərtac)