Bu ilin aprel ayında Rusiyanın əsas ixrac neft markası olan “Urals”ın bir bareli üçün orta qiyməti 58,63 ABŞ dolları təşkil edib, bu da 2022-ci ilin aprel göstəricisi (70,52 dollar) ilə müqayisədə demək olar ki 1,2 dəfə azdır.
Rusiyadan Hindistana neft ixracı - Tarixi Maksimuma Çatıb
FED.az xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Nazirliyi bildirir.
Məlumata görə, bu ilin mart ayının göstəricisi (47,85 dollar) ilə müqayisədə apreldə “Urals” neftinin qiyməti 22,5% artıb.
Qeyd olunur ki, 2023-cü ilin yanvar-aprel aylarında “Urals” neftinin orta qiyməti 51,05 dollar təşkil edib, bu da illik müqayisədə 39,7% azalma deməkdir. (Apa)