Rusiya neftinin qiyməti 2023-cü ilin martından bəri ən aşağı səviyyəyə düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı "Argus Media"ya istinadən xəbər verir ki, Rusiyanın Urals markalı xam neftinin qiyməti 2023-cü ilin martından bəri ən aşağı səviyyəyə düşüb.
Cümə axşamı, noyabrın 13-də Novorossiysk limanında yüklənmə üçün xam neftin qiyməti bir barel üçün 36,61 dollara düşüb. Şirkətin məlumatına görə, analoji vəziyyət Baltik dənizində hasil edilən neftdə də müşahidə olunub. Lakin cümə günü, noyabrın 14-də xam neftin qiyməti qalxmağa başlayıb.
Xatırladaq ki, oktyabrın 23-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın ən böyük neft şirkətlərinə qarşı sanksiyalar elan edib. Bunun ardınca oktyabrın 27-də “Lukoyl” məhdudiyyətlərə görə xarici aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.
“Lukoil” şirkəti beynəlxalq aktivlərinin satışı ilə bağlı bir neçə potensial alıcı ilə danışıqlar apardığını açıqlayıb . Onlar vurğuladılar ki, onların prioritetləri mülkiyyətçi dəyişikliyi zamanı fəaliyyətin fasiləsizliyini təmin etməkdir. Əməliyyatların konkret təfərrüatları və potensial alıcıların adları açıqlanmır.












