Avropa Birliyinin (AB) Rusiya xam neftinə tətbiq etdiyi sanksiyalar və tavan qiymət qərarının ölkəyə gündəlik 160 milyon avroya başa gəlir, fevral ayından etibarən qüvvəyə minəcək əlavə tədbirlərdən sonra isə Rusiyanın gündəlik itkiləri 280 milyon avroya yüksələcək.
FED.az xəbər verir ki, bu barədə Enerji və Təmiz Hava Araşdırma Mərkəzinin (CREA) araşdırmasında bildirilir ki, Rusiyanın qalıq yanacaq ixracından əldə etdiyi gəlir embarqo və qiymət həddi ilə əhəmiyyətli dərəcədə azalıb.
Sözügedən təcrübə Rusiyanın xam neft gəlirlərinin 32 faiz azalmasına səbəb olub. Embarqoya görə gündəlik itki 160 milyon avrodur.
Gəlirlərinin azalmasına baxmayaraq, Rusiya ümumi xam neft ixracından gündə 640 milyon avro qazanır. Digər tərəfdən, AB-nin Rusiyadan gələn rafine neft məhsullarına embarqosunun 5 fevralda qüvvəyə minməsi ilə gündəlik itkilərin 120 milyon avroya çatacağı proqnozlaşdırılır.
Neftin tavan qiyməti 60 dollardan 25-35 dolara düşdü
Belə ki, Rusiyaya xam neft və neft məhsullarına tətbiq edilən qadağa və tavan qiymətlə ölkənin enerji gəlirlərinin gündəlik 280 milyon avro azalacağı təxmin edilir.
CREA-nın məlumatlarına görə, Rusiya qiymət həddi altında xam neft daşınmasından 3,1 milyard avro qazanıb. Bu rəqəmin 2 milyard avrosunun birbaşa Rusiya hökumətinə daxil olan vergi olduğu hesablanıb.
Hesablamalara görə, tavan qiymətinin 60 dollardan 25-35 dollara endirilməsi Rusiyanın neft ixracından əldə etdiyi gəliri gündə ən azı 100 milyon avro azaldacaq.
CREA-nın Baş Analitiki Lauri Myllyvirta, araşdırmanı qiymətləndirərkən, AB-nin neft qadağası və qiymət qadağasının gözlənildiyi qədər təsir etdiyini bildirdi və əlavə etdi:
«Bu onu göstərir ki, bizim Ukraynaya Rusiya təcavüzünün öhdəsindən gəlməyə kömək edəcək alətlərimiz var. Tavan qiymət qərarı Kremlin vergiyə cəlb olunan neft mənfəətini bunun qarşısını alacaq səviyyəyə endirmək və Rusiyadan qalan neft və qaz idxalını məhdudlaşdırmaq baxımından çox vacibdir».