Rusiyanın Enerji naziri Aleksandr Novak OPEC-lə əldə olunan razılaşmadan sonra Rusiyanın günlük 11,2 milyon barrel olan neft hasilatını 300 min barrel azaldacağını bildirib.
Bu qərarla bağlı Rusiyadakı bütün əsas şirkətlərlə görüşüləcəyini bildirən Novak: “Düşünürük ki, bütün şirkətlər bu qərara qoşulacaqlar. Lakin əlbəttə ki, bu qərar könüllü xarakter daşıyır”-deyib.
Qeyd edək ki, son iki ildir əhəmiyyətli investisiyalar edən rus neft şirkətləri Lukoil və Rosneft daha əvvəl verdikləri açıqlamada istehsalın azaldılmasına razı olmadıqlarını bildirmişdi.
bbn©