Energetika

Rusiya: Neft 25 dollara düşsə belə, pul ehtiyatlarımız 6-10 il bəs edəcək

Rusiya: Neft 25 dollara düşsə belə, pul ehtiyatlarımız 6-10 il bəs edəcək | FED.az
15:57 9 Mart 2020

Rusiya Maliyyə Nazirliyi neft qiymətlərinin kəskin düşməsinə dair açıqlama yayıb.

FED.az xəbər verir ki, ölkənin Milli Rifah Fondundakı vəsaitin kafi səviyyədə olduğu qeyd edilən açıqlamada, "Fond, aşağı neft qiymətlərinə baxmayaraq dövlətin öhdəliklərini yerinə yetirməsi və makro sabitliyi davam etdirmək üçün kafi səviyyədədir" deyilir. 

Rusiyanın əlavə neft və təbii qaz gəlirlərinin köçürüldüyü fondun ölkənin ümumi daxili məhsulunun 9,2%-nə bərabər olduğu məlumatına yer verilən açıqlamada, "Milli Rifah Fondunda 1 Mart 2020-ci il tarixinə 10,1 trilyon rubl (təxminən 138 milyard dollar) var. Fonddakı vəsaitlər neft qiymətlərinin 6-10 il ərzində 25-30 dollar səviyyəsində qalması halında meydana gələcək kəsiri bağlaya biləcək səviyyədədir"  ifadələrinə yer verilib. 

Bu gün Rusiyanın əsas ixrac məhsullarından biri olan neftin barel qiyməti 30% düşərək 31 dollara gerilyib.

Ötən həftə Avstriyanın paytaxtı Viyanada təşkil edilən və təxminən 7 saat davam edən OPEC+ yığıncağından hasilatın əlavə azaldılmasına dair qərar çıxmadı. Rusiya OPEC-in təklifini qəbul etmədi. Bundan sonra Səudiyyə Ərəbistanı neft hasilatını artıracağını açıqlayaraq, rəsmi neft qiymətlərində endirim etdi. Bu gecə Brent nefti 30%-dən çox ucuzlaşaraq 31 dollaradək düşüb. 

Digər xəbərlər