Səudiyyə Ərəbistanı Trumpın «neft müharibəsi»ndə Rusiya ilə Səudiyyə arasında vasitəçilik səylərinə müqavimət göstərməyə başlayıb.
Eləcə də bax: Rusiya nefti mənfi qiymətə düşüb – ZƏRƏRƏ SATIR
Bir neçə gün əvvəl Tramp neft bazarındakı vəziyyətin dözülməz olduğunu bildirərək bu məsələni Rusiya v Səudiyyə rəhbərləri - Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla müzakirə edib.
«Hər iki ölkə neftin qiymətini müzakirə edir, lazım gələrsə və uyğun zaman yetişəndə mən də buna qoşulacam» -deyə Tramp bildirib. Onun sözlərinə görə hər iki tərəflə danışıb və onlar baxacaqlar ki, «nə etmək olar».
ABŞ prezidenti bildirib ki, neft bazarında vəziyyət ağırdır, indiki vəziyyət 1950-ci illəri xatırladır.
Neftin aşağı qiyməti ABŞ-ın neft bazarını da vurur, burada minlərlə insan işləyir və onlar işlərini itirə bilərlər. Çünki ucuz neft ABŞ-ın neft şirətlərinəə də böyük zərər vurur, bir qədər əvvəl bu şirkətlərdən biri, bazarın liderlərindən sayılan Whiting Petroleum müflis olduğunu elan edib. Şirkət 262 milyon dollarlıq borcunu qaytara bilməyib, ümumi borcu isə 2,2 milyard dollardır. Nəticədə şirkət müflislik barədə müraciət edib.
Neft danışıqları sonda hasilatın azaldılmaı ilə bitməli idi. Amma hələlik Səudiyyə Ərəbistanı hasilatı və ixracı artırmağa çalışır. Krallıq aprel ayına neft tədarükünü artıraraq gündə rekord səviyyədə 12 milyon barelə çəkməklə başladı. Digər tərəfdən, Rusiya daha güzəştli münasibəti ilə danışıqlara cəhd etməyib.
Hərçənd qeyd etmək lazımdır ki, aprelin əvvəlində Səudiyyə neft hasilatın artırdığı halda, Rusiya bunu etməyib, Moskvanın neft ixracını artıraraq 10 milyon barelə çatdırması gözlənilirdi. Bəziləri bunu Rusiyanın neft müharibəsində geri çəkilməsi hesab edir.