Rusiya OPEC-in hasilatı azaltmaq barədə 30 noyabr Vyana anlaşması çərçivəsində gündəlik neft hasilatını 200 min barel azaldıb. Bunu Rusiyanın energetika naziri Aleksandr Novak CNBC telekanalına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, aprel ayının sonuna qədər ölkəsi üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirəcək və hasilatı 300 min barel/gün azaldacaq.
Arxangelsk şəhərində keçirilən Arktika forumunda çıxış edən A.Novak qeyd edib ki, "Rusiya mərhələli şəkildə neft hasilatını azaldır. Yanvar ayından etibarən proses sürətlənib və apreldə öhdəliyimizi tam yerinə yetirəcəyik".
Qeyd edək ki, OPEC-in növbəti görüşü may aının 25-nə planlaşdırılır. Bu görüşdə neft hasilatının azaldılması barədə anlaşmanın daha 6 ay uzadılması qərarının verilməsi gözlənilir. Lakin, bu qərar daha tez, aprel ayında da verilə bilər.