Neft hasilatın azaldıması ilə bağlı OPEK-lə əməkdaşlıqdan imtina edilməsi Rusiyaya gündə 100-150 milyon dollar zərər vuracaq.
Eləcə də bax: Neft 10% ucuzlaşdı – SON QİYMƏT
FED.az xəbər verir ki, bunu «Lukoyl» şirkətinin sahiblərindən biri Leonid Fedun bildirib.
Qeyd edək ki, martın 6-da aparılan danışıqlarda Rusiya ilə OPEK ölkələri arasında razılıq əldə edilmədiyinə görə, neft hasilatının azaldılmaması qərara alınıb və faktiki olaraq aprelin 1-dən etibarən neft bazarı sərbəst buraxılıb. Bu məlum olan kimi, neft kəskin ucuzlaşaraq 46 dollara enib. «Lukoyl»un sahiblərindən olan Leonid Fedun bu qərarın səhv olduğunu bildirib: «Mən yüngül şokdayam. Bu gözlənilməz, yumşaq desək, düzgün olmayan qərardır, Rusiya bu qərar nəticəsində gündə 100-150 milyon dollar itirəcək».
Bu itailər hesablananda neftin qiymətinin 60 dollardan 40 dollara enməsi və gündəlik 5 milyon barel ixracın olduğu əsas götürülüb.
Qeyd edək ki, koronavirusa görə neft ucuzlaşdığından OPEK təklif edib ki, OREK və onunla əməkdaşlıq edən neft ölkələri gündəlik ümumi hasilatı 1,5 milyon barel azaltsınlar. Azalmanın 500 min bareli Rusiyanın payına düşməli idi. Amma rəsmi Moskva bundan imtina edib. Nəticəsiz görüşdən sonra neft bazarı çökməyə başlayıb.