Rusiya Belarusa neft qiymətlərində endirim etməkdən imtina edib.
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezident Administrasiyasının nümayəndəsi Dmitriy Kozak məlumat verib.
Eləcə də bax: SOCAR Ukraynaya pul yatırıb - BELARUSA NEFT VERƏCƏK
O qeyd edib ki, Belarusa neft tədarükü kommersiya şərtləri daxilində davam edəcək: “Əgər endirim etsəydik, neft bazarına uyğun olaraq dövlət tənzimləməsi əlavə etməliydik. Belə olsa, biz öz neft şirkətlərimizi qarışıq vəziyyətə salarıq”.
O əlavə edib ki, Rusiya-Belarus arasındakı neft münasibətlərinin vəziyyəti gələcəkdə də müzakirə ediləcək.
Qafqazinfo