"Rusiyada bu il daxili bazarda qaz istehlakının rekord səviyyəsi qeydə alınır, bu da bir sıra amillərlə bağlıdır, lakin ölkə Avropaya “mavi yanacaq” tədarükünün artırılması məsələsini nəzərdən keçirməyə hazırdır".
Eləcə də bax: Azərbaycan Türkiyə və Avropaya - Qaz Tədarükünü Artırmaq Niyyətindədir
FED.az biznes və maliyyə xəbərləri portalı APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, qaz istehlakının artması böhrandan sonrakı dövrdə iqtisadiyyatın aktiv şəkildə bərpası, su elektrik stansiyalarında elektrik enerjisi istehsalının az olması (su səviyyəsinin aşağı olması səbəbindən – red.) və 2020/2021-ci illərin uzun və soyuq qışı ilə əlaqəlidir.
"Biz də yeraltı qaz anbarlarımızdan həmişəkindən daha çox qaz çıxartmışıq. Bunun üçün də anbarlara əlavə qaz həcmlərinin vurulması lazım gəlib”, - deyə A. Novak qeyd edib.
Baş nazirin müavini onu da əlavə edib ki, Rusiyanın qaz müqavilələrini yerinə yetirmək üçün imkanları var və ölkə tərəfindən əlavə müraciətlərə də baxıla bilər. Lakin, A. Novakın sözlərinə görə, Rusiyaya əlavə qaz həcmlərinin tədarükü ilə bağlı müraciət edilməyib.