Avropan ən iri təbii qaz tədarükçüsü olan Rusiya uzunmüddətli perspektivdə bu region üçün “mavi yanacağ”ın qiymətini 60% endirmək istəyir.
Eləcə də bax6 “Qış çox sərt keçərsə, qiymətlər qalxa bilər”
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin enerji siyasəti ilə tanış olan iki rəsmi mənbə deyib.
Onlardan birinin sözlərinə görə, Rusiya Avropada təbii qazın qiymətlərinin min kubmetr üçün 300-400 ABŞ dolları həddində olmasını istəyir. Bu, Britaniya və Polşa kimi ölkələrin daha təmiz enerji mənbələrinə keçməsinə baxmayaraq “Qazprom”a "köhnə kontinent"in bazarı üzərində nəzarəti saxlamağa kömək edəcək.
Digər mənbə 200-400 ABŞ dolları arasında olan qiymət diapozonunu səsləndirib və aşağı qiymətlərin az əlverişli ssenari olduğunu əlavə edib.
Qeyd edilir ki, enerji böhranı fonunda Avropada təbii qazın qiymətləri son həftələrdə rekord həddlərə kimi artıb. Kontinentin təbii qaz ehtiyatlarının ən aşağı mövsümü səviyyədə olduğu qış ərəfəsində tədarük çatışmazlığı ilə bağlı qorxular yaranıb. Rəsmi Kreml qiymət artımının ötən il Avropanın istehlak etdiyi təbii qazın üçdə birini tədarük edən “Qazprom”a tələbi məhv edəcəyindən narahatdır.