SOCAR prezidenti Rövşən Nəcəf noyabrın 16-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Eləcə də bax: "Fitch" SOCAR-ın reytinqi ilə bağlı proqnozu - YÜKSƏLDİB
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən FED.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında səmərəli əməkdaşlıq, eləcə də, Dünya Bankın ölkəmizdəki müxtəlif layihələrinin neft-qaz sənayesinə mühüm töhfə verdiyi vurğulanıb.
Söhbət zamanı Cənub Qaz Dəhlizi layihəsinin regionun və Avropanın enerji təhlükəsizliyi baxımından strateji rolundan bəhs edilib, bu xüsusda Dünya Bankı ilə faydalı əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Görüşdə, həmçinin ətraf mühit, bərpa olunan enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.