Banner

Energetika

Rövnəq Abdullayev Zelinski ilə - GÖRÜŞÜB

Rövnəq Abdullayev Zelinski ilə - GÖRÜŞÜB | FED.az
08:52 23 Yan 2020

Ukrayna Prezidenti Vladimir Zelenski Davosda ARDNŞ-in Prezidenti Rövnəq Abdullayev ilə görüşüb.

FED.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Eləcə də bax: SOCAR və “LUKoil” arasında - ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

Məlumatda bildirilir ki, V.Zelenski və Rövnəq Abdullayev Ukraynanın infrastruktur layihələrinə, müəssisələrinə investisiya qoyulması, habelə Ukraynanın qaz nəqli imkanları barədə müzakirə aparıblar. 

Ukrayna prezidenti ötən ilin dekabr ayında Azərbaycana səfərini xatırladaraq bu səfərin məhsuldar olduğunu deyib: “İnanıram ki, bu görüş ölkələrimiz arasındakı münasibətləri yeni mərhələyə qaldırdı”.

Tərəflər ARDNŞ ilə yeni layihələri, Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış müqavilələrin icrasını müzakirə ediblər.

Apa

Digər xəbərlər

Banner