Dövlət Neft şirkətinin (SOCAR) əməkdaşlarının əməkhaqqı artırılacaq.
Eləcə də bax: SOCAR-ın Gorus-Qafan yolundakı YDM-nin - AÇILIŞI OLUB - FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
"Bizdə maaşlar mimum əməkhaqqının artırılmasına uyğun artırılır. Gələn ildən SOCAR-da maaşlarda yəqin ki, artım olacaq", - o qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən həftə imzaladığı sərəncama əsasən, gələn il yanvarın 1-dən Azərbaycanda minimum əmək haqqı 50 manat və yaxud 20% artırılaraq 250 manatdan 300 manata çatdırılıb.