Gürcüstanın Baş naziri İrakli Qaribaşvili SOCAR prezidenti Rövnəq Abdullayevi qəbul edib.
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat paylaşıb. Bildirilib ki, görüş zamanı SOCAR-ın bu ölkədə həyata keçirdiyi investisiya layihələri müzakirə edilib.
Qeyd olunub ki, Gürcüstanın SOCAR ilə uğurlu əməkdaşlıq əlaqələri var. Görüşdə “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov da iştirak edib.(Banker)