"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan, Türkiyə və Avropanın enerji sahəsində uzunmüddətli mənfəətlərinə uyğundur.
FED.az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində çıxışı zamanı deyib.
R.Abdullayev qeyd edib ki, Azərbaycan qazı digər tedarükçülərlə birlikdə Avropanın təbii qaz tələbatının 7,1 faizini təmin etməkdə önəmli rol oynayacaq:
"SOCAR olaraq Petkim, TANAP, Star Rafineri, Petlim və həyata keçirdiyimiz bütün layihələrdə hər zaman Türkiyənin dəstəyini hiss edirik".