"Dünya bazarında neftin bahalaşmasına OPEC+ anlaşması deyil, ABŞ dollarının devalvasiyaya uğraması səbəb olur."
Rusiya mətbuatının yazdığına görə, bu açıqlama ilə "Rosneft" şirkətinin rəhbəri İqor Seçin çıxış edib.
"Hesab edirəm ki, amerikalılar dolları devalvasiya edərək şist neft hasilatçılarının fəaliyyətinə dəstək verirlər",- o qeyd edib. "Rosneft" rəhbəri OPEC+ anlaşmasının müddətinin uzadılması ilə bağlı da fikrini bildirib və deyib ki, neft bazarına 2018-ci ildə təsir edəcək amillər təhlil olunmalı, büdcə və investisiya siyasəti nəzərdən keçirilməlidir. Bununla yanaşı, anlaşmada iştirak etməyn Nigeriya və Liviya kimi ölkələr, şist neft hasilatında artım kimi amillər nəzərə alınmalıdır.