Rusiyanın neft şirkəti Rosneft-in Aprel ayından etibarən neft istehsalını artıracağı bildirilir.
FED.az xəbər verir ki, mövzu haqqında məlumata malik mənbəyə görə Rusiyanın iri neft istehsalçısı Rosneft şirkəti Aprel ayından etibarən neft istehsalını artıracaq.
Bu, Rusiyanın Səudiyyə Ərəbistanı tərəfindən başladılan qiymət müharibəsinə necə reaksiya verəcəyinin ilk işarəsidir.
Neft nəhənginin gündəlik istehsalı 300 min barel artıra biləcəyi gözlənilir.
Ötən həftə Avstriyanın paytaxtı Viyanada təşkil edilən və təxminən 7 saat davam edən OPEC+ yığıncağından hasilatın əlavə azaldılmasına dair qərar çıxmadı. Rusiya OPEC-in təklifini qəbul etmədi. Bundan sonra Səudiyyə Ərəbistanı neft hasilatını artıracağını açıqlayaraq, rəsmi neft qiymətlərində endirim etdi. Bu gecə Brent nefti 30%-dən çox ucuzlaşaraq 31 dollaradək düşüb.
marja.az