Rusiyanın “Qazprom Export”la mövcud müqavilə üzrə qiymət düsturuna əsasən hesablamalar göstərir ki, bu qaz Azərbaycan qazından sonra Bolqarıstan üçün ikinci ən ucuz qazdır.
Eləcə də bax: Bolqarıstan Azərbaycan qazını tam həcmdə qəbul etməyə - BAŞLAYIB
FED.az xəbər verir ki, Bolqarıstanın Energetika Nazirliyinin bildiridiyinə görə, bunu Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisinin gedişatını yoxlamaq üçün müşavirə keçirdikdən sonra ölkənin energetika naziri Rosen Xristov izah edib.
Bununla yanaşı, nazirin sözlərinə görə, sentyabrda Yunanıstan vasitəsilə çatdırılma şərti ilə əvvəlki hökumətin sifariş etdiyi iki mayeləşdirilmiş təbii qaz (LNG) partiyasının qiyməti “Qazprom” tərəfindən tədarük edilən qazın qiymətindən 50% yüksəkdir.
Qeyd olunub ki, bir neçə gün əvvəl Azərbaycan qazını Bolqarıstana çatdıracaq 82 kilometrlik Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (Interconnector Greece – Bulgaria - IGB) tikintisi bir neçə gün əvvəl təqdim olunan iş qrafikinə uyğundur.
Vurğulanır ki, növbəti həftə Rosen Xristovun dəvəti ilə Yunanıstan və Rumıniya energetika nazirlərinin Bolqarıstana gəlişi gözlənilir və layihənin ümumi inkişafı da onlarla müzakirə olunmalıdır.
Qeyd edək ki, ICGB layihə şirkətinin (layihənin operatoru) icraçı direktoru Teodora Georievanın sözlərinə görə, IGB bu ilin sentyabr-oktyabr aylarında fəaliyyətə başlayacaq.
IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər. Gözlənilir ki, artıq bu ilin sentyabr ayından başlayaraq, kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək.
Hazırda Azərbaycan qazı Bolqarıstana Yunanıstan ərazisi ilə alternativ birləşdirici infrastruktur vasitəsi ilə çatdırılır.
Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. (Apa)