"Cənub Qaz Dəhlizi" (SGC) layihəsi ABŞ üçün əhəmiyyətli layihə olaraq qalır.
FED.az Report-a istinadən xəbər verir ki, bunu bu gün Bakıda "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısından sonra keçirilən mətbuat konfransında çıxış edən ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan deyib.
R.Danniqanın sözlərinə görə, SGC Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından çox əhəmiyyətlidir: "Mən səhər burada ABŞ dövlət katibi cənab Raks Tillersonun məktubunu oxudum. Cənab Tillerson da bildirir ki, "Cənub Qaz Dəhlizi" layihəsi ABŞ üçün və Avropanın enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli layihə olaraq qalır".
ABŞ rəsmisi deyib ki, bütün tərəfdaşlar kimi, onun təmsil etdiyi ölkə də SGC-yə dəstəyini davam etdirəcək.