"Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı elə də ciddi şikayətlər yoxdur".
FED.az Report-a istinadən xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
"Bilirsiniz ki, ölkəyə idxal edilən benzin avro standartlarına cavab verir. Ona görə də şikayətlər o qədər də çox deyil. Doğrudur, avro-4 və avro-5 standartlarına uyğun benzinlər köhnə maşınlara vurulanda problem yaradır. Amma bu sahədə də ciddi şikayətlər yoxdur", - o qeyd edib. Bununla belə, R.Həsənovun sözlərinə görə, benzinlə bağlı rəhbərlik etdiyi komitəyə ara-sıra daxil olan şikayətlər araşdırılır.
Komitə sədri satışda olan saxta məktəbli geyimləri barədə də danışıb və deyib ki, buna qarşı mübarizə aparılır.