Xəzər dənizindəki bəzi neft yataqlarının birgə işlənilməsi istiqamətində Azərbaycan tərəfi ilə müzakirələr aparılır.
Eləcə də bax: Azərbaycan və İran gömrükdə əməkdaşlıq üzrə Tədbirlər Planını - TƏSDİQLƏYİB
FED.az xəbər verir ki, bu sözləri İranın Milli Neft Şirkətinin baş direktoru Möhsin Xocəstə Tehranda jurnalistlərə verdiyi açıqlamada deyib. O bildirib ki, İran yaxın qonşusu və neft ölkəsi olan Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu sahədə hər iki ölkənin böyük təcrübəsi var.
Möhsin Xocəstə deyib ki, İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaların aradan qaldırılması istiqamətində Qərb dövlətləri ilə danışıqlar davam edir. Sanksiyaların ləğvindən sonra İran neft və qaz ixracatını 2 dəfə artırmağa hazırdır. (Azərtac)