Fransanın "Total" neft-qaz şirkəti tullantıların azaldılmasını nəzərdə tutan transformasiya planı çərçivəsində adını dəyişmək niyyətindədir.
Eləcə də bax: SOCAR prezidenti TOTAL şirkətinin nümayəndə heyəti ilə görüşüb
FED.az xəbər verir ki, rebrendinqdən sonra şirkət "TotalEnergies" adlanacaq.
Məlumata görə, sözügedən plan enerji istehsalında mayeləşdirilmiş qaz, alternativ və elektrik enerjisindən istifadənin genişləndirilməsini, neft məhsullarından istifadənin isə 55%-dən 30%-dək azaldılacağını nəzərdə tutur. Bu prosesin cari onillikdə baş verəcəyi nəzərdə tutulub.
Məlumata görə, bu məqsədlə səhmdarların illik yığıncağında şirkətin adının dəyişdirilməsi məsələsi müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, "Total" şirkəti Azərbaycanda SOCAR-la birlikdə "Abşeron" yatağının işlənməsi layihəsində iştirak edir. "Abşeron" yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətdə yerləşir. Yatağın işlənməsi SOCAR və "Total" şirkətlərinin birgə müəssisə olan JOCAP tərəfindən həyata keçirilir. (Apa)