Fransanın “Total Energies” şirkəti Azərbaycanla mövcud əməkdaşlığını genişləndirmək niyyətindədir.
FED.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ nazir Mikayıl Cabbarovun şirkətin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz ilə görüşündə müzakirə edilib.
Görüşdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Total Energies” arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, neft-qaz sektorunda tərəfdaşlığın genişləndirilməsi, bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlıq barədə müzakirələr aparılıb.