Bu il Azərbaycanın gündəlik neft və təbii maye qaz hasilatı (Crude oil & NGL production) 662 min barrel təşkil edəcək.
«Azərbaycanda neft gəlirləri azalır, qaz onu əvəz etməyəcək» - AGENTLİKDƏN XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, bu barədə "The Economist Group"un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit"in (EIU) ölkə ilə bağlı proqnozunda bildirilib.
EIU növbəti illərdə Azərbaycanın gündəlik neft-qaz hasilatının nisbətən azalacağını proqnozlaşdırıb. Belə ki, "The Economist"in təhlil qrupu 2025-ci il üzrə Azərbaycanın gündəlik neft-qaz hasilatının 657 min, 2026-cı il üzrə 654 min, 2027-ci il üzrə 652 min, 2028-ci ildə isə 650 min barrel təşkil edəcəyi gözləntisindədir. (Apa)