SOCAR etibarlı partnyor olub və buna davam edir. Əsas hədəflərimizdən biri ölkəmiz, qonşularımız və digər ölkələr üçün etibarlı enerji təchizatçısı rolunu oynamaqdır.
SOCAR və “Masdar” arasında üç layihə üzrə Səhmdarlar Sazişi imzalanıb
FED.az xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O vurğulayıb ki, SOCAR tərəfdaşları ilə sıx əməkdaşlıq edir.
“Biz tərəfdaşlarımızla müzakirə aparmağa davam edirik və bütün tərəfdaşlar yeni layihələrin həyata keçirilməsinə böyük maraq göstərirlər. SOCAR neft-qaz şirkəti kimi yaradılsa da, artıq enerji şirkəti kimi fəaliyyət göstərir. Onu da bildirim ki, qeyri-ənənəvi enerji üçün quruda və dənizdə böyük potensial mövcuddur. Tərəfdaşlarla birlikdə bunun üzərində işləyirik”, - deyə Rövşən Nəcəf vurğulayıb.
O qeyd edib ki, SOCAR 2050-ci ilə qədər karbon emissiyasının sıfıra endirilməsinə nail olunmasını qarşıya hədəf qoyub: “Biz bu hədəfə doğru gedirik. Bunu həyata keçirmək bizim qarşımızda duran öhdəliklərdən biridir. Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) şirkəti ilə metanın azalması ilə bağlı layihələri var”. (Azərtac)