"S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin əsas risklərini sadalayıb.
Eləcə də bax: "Gələn il MDB-də ən yüksək iqtisadi artım tempi Azərbaycanda olacaq"- PROQNOZ
FED.az xəbər verir ki, əsas risklərdən biri manatın məzənnəsinin potensial volatilliyidir. Belə ki, ASC-nin, demək olar, bütün borclarının xarici valyutada, gəlirlərinin isə əsasən manatla olması şirkəti sözügedən mövcud riskə həssas edir. Bundan əlavə, "S&P" "Azərenerji"nin vəsaitlərinin Azərbaycanın zəif bank sistemində saxlamasını şirkətə üçün növbəti təhdid kimi qiymətləndirir.
Qeyd edək ki, agentlik gələcəkdə dövriyyə kapitalının və ya kapital xərclərinin artmasını da mümkün risklər arasında sadalayıb.
Xatırladaq ki, bu ilin yanvar ayında "S&P" davamlı dövlət dəstəyini nəzərə almaqla "Azərenerji" ASC-nin avtonom kredit profilini "b-" səviyyəsində qiymətləndirib. Artıq o zaman agentlik qeyd etmişdi ki, şirkətin borc portfeli əsasən xarici valyutalarda ifadə olunub və şirkətin məzənnə dəyişkənliyi risklərini azaltmaq üçün xarici valyutada əhəmiyyətli pul axını yoxdur. (Apa)