"Vədinizə əməl etdiyinizə və Sofiyada SOCAR-ın ofisini açdığınıza görə bir daha təşəkkür edirik. Mən mayda açılış mərasimində iştirak etməyi gözləyirəm. Bu, həqiqətən də irəliyə doğru çox yaxşı addım olacaq".
İlham Əliyev Bolqarıstan prezidenti Rumen Radev ilə görüşüb - TAM MƏTN
FED.az xəbər verir ki, bunu Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev ilə videokonfrans formatında görüşündə bildirib.
"Əvvəlcə enerjidən başlayaq. Bildiyiniz kimi, Yunanıstanla Bolqarıstan arasında interkonnektorun işə salındığı ilk gündən hər şey mükəmməl və heç bir problem olmadan işləyir. Biz Azərbaycandan qaz aldığımıza görə məmnunuq. Bilirsiniz ki, biz daha da irəli getməyə hazırıq. Bizim “Həmrəylik Həlqəsi” təşəbbüsümüz Sizə məlumdur. Lakin əlbəttə ki, əsas məqam Azərbaycandır. Biz Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü operatorlarının imkan və səylərini birləşdirərək əlavə həcmdə Azərbaycan qazı nəql etməyə hazırıq. Bu andan etibarən qərar Sizindir. Məlumat üçün bildirim ki, fevralın 1-də Prezident Vuçiçlə birlikdə biz Bolqarıstanla Serbiya arasında interkonnektora start verdik. Beləliklə, görə bilərsiniz ki, imkanlar demək olar hər ay artır. Biz şaxələndirməni, təchizatın təhlükəsizliyini təmin edərək bu çox mühüm sahədə strateji tərəfdaş və müttəfiq kimi Sizinlə işləməkdən məmnunuq. Söhbət təkcə bundan getmir. Vədinizə əməl etdiyinizə və Sofiyada SOCAR-ın ofisini açdığınıza görə bir daha təşəkkür edirik. Mən mayda açılış mərasimində iştirak etməyi gözləyirəm. Bu, həqiqətən də irəliyə doğru çox yaxşı addım olacaq",- Rumen Radev deyib.