"SOCAR Türkiye"nin investisiyaları 18 milyard dollara yaxınlaşıb.
“Petkim” xalis mənfəət üzrə rekord göstəriciyə - NAİL OLUB
FED.az xəbər verir ki, bunu SOCAR Türkiye-nin baş direktoru Elçin İbadov "Habertürk"ə deyib.
"SOCAR Türkiyədə ən böyük birbaşa xarici investordur. Bütün dünya üçün ən prioritet sahələrdən biri olan energetika sahəsində fəaliyyət göstərən şirkət olaraq "SOCAR Türkiye" Azərbaycanın və Türkiyənin iqtisadiyyatının möhkəmlənməsi üzrə fəaliyyətini davam etdirəcək. Səriştəli kadrlarımızla Türkiyə iqtisadiyyatına, sənayesinə və sosial inkişafına uzun illər xidmət göstərməkdə qətiyyətliyik", - o deyib.
Qeyd edək ki, "SOCAR Türkiye" Türkiyədə kommersiya fəaliyyətinə 2008-ci ildə "Petkim"in səhmlərinin 51 faizini satın aldıqdan sonra başlayıb. Tərkibinə öz sinfində ən yaxşı şirkətlər olan "Petkim", "TANAP", "STAR Refinery", "SOCAR Terminal", "Petkim RES" (külək elektrik stansiyası), "Bursagaz", "Kayserigaz", "Enervis", "SOCAR Enerji Ticaret", "Millenicom", "SOCAR Ticaret" və "SOCAR Depolama" daxildir.
Şirkət neft kimya məhsullarının istehsalı, təbii qazın emalı, ticarəti və paylanması ilə məşğuldur. (Trend)