Almaniyanın "Dräger" şirkəti "SOCAR Türkiye" ilə beş il müddətinə strateji saziş imzalayıb.
"SOCAR Türkiyə" Ankara Esenboğa Hava Limanının qaz təchizatını üzərinə götürdü
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Dräger" şirkəti bildirib.
Şirkətin məlumatına görə, müqavilə "SOCAR Türkiye" strukturuna daxil olan "STAR" Neft Emalı Zavodu ərazisində stasionar qaz detektorlarının texniki xidməti və dəyişdirilməsini nəzərdə tutur.
Sənəd "Petkim" şirkətinin baş direktoru və "SOCAR Türkiye"nin neft emalı və neft-kimya biznes istiqamətinin rəhbəri Kənan Mirzəyev, həmçinin "Dräger Türkiye" şirkətinin baş direktoru Zafer Kaşıkara tərəfindən imzalanıb. (Trend)













