"SOCAR Türkiye" şirkətinin STAR neft emalı zavodunda (NEZ) neft koksunun istehsalı 2023-cü ilin mayında illik hesablamada 21,8 faiz artıb.
SOCAR üçün yeni əməliyyat modeli təsdiq olundu - CABBAROVUN SƏDRLİYİ İLƏ İCLAS
FED.az xəbər verir ki, Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) qiymətləndirmələrinə görə, bu ilin mayında NEZ 2022-ci ilin analoji dövrü ilə müqayisədə 74 544 ton neft koksu istehsal edib.
SOCAR Türkiye 2023-cü ildə STAR NEZ-də 12 milyon tondan çox neft emal etməyi planlaşdırır. Neft-kimya məhsullarının istehsal prosesində Qara dəniz regionu, Afrika ölkələri və digər ölkələrinin xam neftindən istifadə olunur.
STAR NEZ 2018-ci ilin oktyabrında istismara verilib. Zavod gündəlik 214 min barel xam neft emal etmək imkanına malikdir. (Trend)