"SOCAR Sığorta və Təkrar Sığorta Brokerliyi" dünyanın aparıcı sığorta və təkrarsığorta şirkəti olan "Lloyd's"da səlahiyyətli broker fəaliyyətinə icazə alıb.
FED.az xəbər verir ki, bu barədə SOCAR Türkiyənin baş icraçı direktoru Elçin İbadov "SOCAR Türkiyə"nin 2024-cü ilin yekunlarına həsr olunan illik ənənəvi mətbuat konfransında bildirib.
E.İbadovun sözlərinə görə, "SOCAR Sığorta və Təkrar Sığorta Brokerliyi" Türkiyədə "Lloyd's" lisenziyasına sahib fəaliyyət göstərən 195 broker arasında dördüncü qurumdur. Bu bizə geniş sığorta və təkrar sığorta hovuzuna çıxış imkanı verməklə yanaşı, "Lloyd's" brokeri kimi müştərilərinə daha geniş xidmətlər təqdim edəcək".
Qeyd edək ki, "SOCAR Sığorta və Təkrar Sığorta Brokerliyi" əsas gəlir mənbəyi kimi sığorta və təkrarsığorta əməliyyatlarını asanlaşdırmaqla əldə olunan komissiyalardı. Şirkət Türkiyədə 22 sığorta şirkəti və 60-dan çox beynəlxalq təkrarsığorta şirkəti ilə əməkdaşlıq edir.