Bu ilin yanvar-mart aylarında “SOCAR Polymer” MMC-nin ixrac gəlirləri 57 milyon ABŞ dolları olub.
SOCAR-ın idarəsinin ixrac gəlirləri – 3 DƏFƏ AZALIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Məlumata görə, MMC-nin ixrac gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon ABŞ dolları və ya 3,4% azalıb. 2025-ci ilin birinci rübündə şirkətin ixrac gəlirləri 59 milyon ABŞ dolları olmuşdu.
“SOCAR Polymer” MMC ixrac gəlirləri ilə qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçıların reytinqində 1-ci yeri tutub.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac 862 milyon ABŞ dolları təşkil edib. Birinci rübdə ölkənin qeyri-neft ixracının 464 milyon manatı, yəni 53,8%-i 20 şirkətin payına düşüb. Bunlardan 10-u ən çox ixrac edən dövlət, digər 10 şirkət isə ən çox ixrac edən özəl şirkətlərdir. Özəl şirkətlərin ilk 10-luğu dövlət şirkətlərindən daha çox məhsul ixrac edib - 255 milyon dollara qarşı 209 milyon dollar













