Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin payına düşür.
Eləcə də bax: Azərbaycan Türkmənistandan Aİ-95 markalı premium benzini almağa - BAŞLAYIB
FED.az xəbər verir ki, bunu "SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.
Onun sözlərinə görə, xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik baş verib: “Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb”.
Ü.Həbibbəyli bildirib ki, ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir. (Report)