"SOCAR Marine" şirkəti artıq Türkiyə daxilində də yanacaq satışlarına başladı.
Eləcə də bax: "SOCAR Georgia Petroleum" şirkətinə yeni rəhbər - TƏYİN OLUNUB
FED.az xəbər verir ki, bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Facebook” hesabında məlumat verib.
“SOCAR Marine" dəniz yanacağı sektorunda beynəlxalq müstəvidə fəaliyyət göstərərək, ildə təxminən 700 min ton yanacaq satışı gerçəkləşdirirdi. İndi illik 450 min ton bazar potensialı olan Türkiyənin limanlarında da xidmət göstərəcək”, – deyə İ.Əhmədov qeyd edib. (Trend)