Gələn ilin I rübündə neftin bir barelinin qiyməti 100 ABŞ dollarına çata bilər.
Eləcə də bax: “Əsas çağırış iqtisadiyyatın neftdən asılılığını azalmasını şərtləndirir” – BAŞ BANKİR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, bu barədə Danimarkanın "Saxo Bank" investisiya bankının investisiyalar üzrə direktoru Stin Yakobsen bildirib.
Onun fikrincə, neftin bahalaşması hələ də davam edəcək: "Neftin bir barelinin qiymətinin 100 dollardan çox olacağına təəccüblənmərəm. 2022-ci ilin I rübündə biz dəqiq bunun şahidi olacağıq".
Qeyd edək ki, hazırda ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 2,53% azalaraq 1 barelə görə 80,14 dollar təşkil edir. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 3,01% azalaraq 76,03 dollardır.