Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft şirkəti bu ilin I rübündə xalis mənfəəti illik müqayisədə 29,9% artaraq 21,7 mlrd. ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, artımın əsas səbəbləri kimi, daha yüksək neft qiymətləri və neft emalı və kimya sənayesində rentabelliyin artması göstərilir. Qeyd edilir ki, şirkətin I rübdə olan xalis mənfəəti analitiklərin proqnozlarını üstələyib.
"2021-ci ildə enerjiyə tələbat üçün müsbət əlamətləri nəzərə alsaq, daha yaxşı günlərin gəlməsinə nikbin olmaq üçün daha çox səbəb var", - deyə "Saudi Aramco"nun baş direktoru Amin Nasser bildirib. (Apa)