Azərbaycan qısa dayanmadan sonra "Şahdəniz" yatağından qaz ixracını bərpa edib.
Eləcə də bax: Türkiyənin Azərbaycandan təbii qaz - İdxalı Artıb
FED.az xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, söhbət qısamüddətli dayanmadan gedir, bir neçə saat ərzində ixrac əməliyyatları bərpa edilib.
İ.Əhmədovun sözlərinə görə, hazırda dayanmanın səbəbləri dəqiqləşdirilir.
Qeyd edək ki, bu gün Türkiyə mətbuatında Azərbaycandan bu ölkəyə qaz ixracının dayandırılması barədə xəbərlər dərc olunub. Buna səbəb kimi "Şahdəniz" qaz-kondensat yatağında hasilatda yaranan problemlər göstərilib.