Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 39,7 mlrd. kubmetr təbii qaz hasil edilib.
Eləcə də bax: Azərbaycan qaz ixracını - 40% ARTIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən 17,8%, yəni 6 mlrd. kubmetrə yaxın artımla qaz hasil edilib.
Məlumata görə, qazın 12,1 mlrd. kubmetri "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan, 20,4 mlrd. kub metri "Şahdəniz" qaz-kondensat yatağının 7,2 mlrd. kubmetri SOCAR üzrə hasil olunub