Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından təqribən 5,1 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik müqayisədə 8,5% çoxdur.
Eləcə də bax: “BP Azərbaycan” biznes əməliyyatları haqqında - Məlumat Yaydı
FED.az xəbər verir ki, BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I rübünün yekunlarına görə, hesabat dövrü yataqda 1 mln. ton (7,8 mln. barel) kondensat hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir.
Məlumata əsasən, hasilat "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından aparılıb.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir. (Apa)